Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İtaliyanın məşhur moda evinin mənfəəti 22% azalıb

    1 week ago

    3

    0

    İtaliyanın məşhur dəb evi "Valentino" ötən il 22% əməliyyat mənfəəti itkisi ilə üzləşdiyini açıqlayıb. Valyuta.az xəbər verir ki, şirkətin cümə günü yaydığı məlumata görə, bu azalma lüks məhsullara olan qlobal tələbin, xüsusilə də Asiya bazarında zəifləməsi ilə əlaqələndirilir. Avropanın aparıcı lüks markaları uzun müddətdir ki, Çindəki qeyri-müəyyən iqtisadi şərait fonunda satış artımını zəngin amerikalı istehlakçılar hesabına təmin etməyə çalışır. Lakin ABŞ prezidenti Donald Trampın rüsum siyasətindən sonra bu sektor son illərin ən uzun tənəzzül dövrünə hazırlaşır. "Valentino" bildirib ki, 2024-cü ildə bir sıra birdəfəlik xərclər və özünə məxsus mağaza şəbəkəsinə investisiyalar nəticəsində şirkətin əməliyyat mənfəəti 246 milyon avroya (280 milyon dollar) düşüb. Bununla yanaşı, satış həcmi sabit məzənnə ilə hesablandıqda 2% azalaraq 1,31 milyard avro olub. Bu azalmaya baxmayaraq, Yaponiya, Yaxın Şərq və Amerika bazarlarında satışlar müsbət dinamika nümayiş etdirib. Onlayn satışlar isə əvvəlki illə müqayisədə 5% artıb ki, bu da şirkətin elektron ticarət sahəsindəki inkişaf strategiyasına uyğun hesab olunur. Şirkətin baş direktoru Yakopo Venturini bildirib: "Yaradıcı direktor vəzifəsinə Alessandro Mişelenin gəlişi ilə fəaliyyətimiz yeni bir mərhələyə qədəm qoyub." "Valentino" 2023-cü ilin mart ayında kreativ direktor Pierpaolo Pikkolinin 25 ildən sonra vəzifədən ayrılmasından sonra, daha əvvəl "Gucci"də çalışmış Alessandro Mişeleni bu posta təyin edib. Qeyd edək ki, 2023-cü ildə "Gucci" brendinin sahibi olan Fransanın "Kering" qrupu "Valentino"nun 30% payını satın alıb. Şirkətin 2028-ci ilə qədər bütün səhmləri almaq hüququ da mövcuddur. Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    Şöbə müdiri “Premium Bank”ın 461 min 170 manat pulunu kiberdələduzlara ötürüb
    Next Article
    Galatasaray'dan 43 dakikada Avrupa rekoru!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment