Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İtaliyada kişi gözlərini yuvasından çıxararaq Ginnesin Rekordlar Kitabına düşüb

    5 hours ago

    1

    0

    Milanda yaşayan Uruqvay vətəndaşı Uilyams Martin Sançes Lopes göz almasını göz çuxurundan 1,88 sm çıxararaq Ginnesin Rekordlar Kitabına düşüb. HİT.az bu barədə Upi.com-a istinadən xəbər verir. 28 yaşlı Lopes bildirib ki, bu qeyri-adi bacarığı onda hələ uşaqlıqdan mövcuddur. Onun sözlərinə görə, 8-9 yaşlarında olarkən göz ətrafındakı əzələləri rahatlaşdıraraq gözlərini önə doğru çıxara bildiyini kəşf edib. İllər ərzində bu qabiliyyətini təkmilləşdirərək mükəmməlliyə çatdırıb. Bu qeyri-adi istedadı Lopesin təkcə dostlarını və təsadüfi qarşılaşdığı insanları təəccübləndirmir, eyni zamanda sosial şəbəkələrdə də böyük marağa səbəb olur. Onun bu bacarığını nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər tez-tez bu effektli çıxışı təkrar etməsini istəyirlər. "Ən gülməlisi isə insanların reaksiyasıdır. Heç gözləmədikləri anda gözlərimi çıxarıram, çox vaxt qorxudan yerindən atılırlar", deyə Lopes zarafatla qeyd edib. Bütün bu diqqətə baxmayaraq, Lopes əlavə edib ki, məqsədi sadəcə insanları güldürmək və əhval-ruhiyyələrini qaldırmaqdır: "Mən zarafatı sevən biriyəm və insanları bu qədər təəccübləndirmək bacarığım mənim həyata fərqli baxışımın göstəricisidir". Samir
    Click here to Read more
    Prev Article
    Bu MKTB-nin 1,9 milyon manat vergi borcu var
    Next Article
    Mart ayında ABŞ-ın mal ticarəti kəsiri 162 milyard dollar rekord həddə çatıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment