Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İrlandiyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb

    1 week ago

    3

    0

    2024-cü ildə İrlandiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 10,9 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,1 milyon dollar və ya 23,8% çoxdur. Beləliklə, ötən il ərzində İrlandiyanın ümumi pul köçürmələri bazarında 1%-lik paya malik olduğu qeyd olunub. Xatırladaq ki, 2023-cü ildə İrlandiyadan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 8,8 milyon dollar təşkil etmişdi. 2024-cü ildə Azərbaycana xarici ölkələrdən daxil olan ümumi pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları olub ki, bu da ötən illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir. Bununla yanaşı, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 526,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    ABŞ tarifləri Cənubi Qafqaz və Mərkəzi Asiyaya dolayı təsir göstərə bilər - "Moody’s"
    Next Article
    Çap məhsulları satınalması - TENDER

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment