Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İraqdan Azərbaycana pul köçürmələri 2,6 dəfə azalıb

    1 week ago

    3

    0

    2024-cü ildə İraqdan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 7,5 milyon ABŞ dolları təşkil edib. Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata əsasən, bu göstərici 2023-cü illə müqayisədə 12 milyon ABŞ dolları və ya 2,6 dəfə azalıb. Belə ki, 2023-cü ildə İraqdan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 19,5 milyon ABŞ dolları olub. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İraqın payı 0,7% təşkil edib. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir. Bununla yanaşı, ötən il xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,08 milyard ABŞ dolları olub. Bu, əvvəlki illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.
    Click here to Read more
    Prev Article
    Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
    Next Article
    Yeni binalarda "Kupça" fərqləri

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment