Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İranın bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur

    1 week ago

    5

    0

    O, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib. "İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır", - R.Qrossi qeyd edib. Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə, son dörd ildə İran bu sahədə inkişaf edir. Amerika və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri şərh edən R.Qrossi vurğulayıb ki, yalnız AEBA-nın təmin edə biləcəyi müstəqil yoxlama və monitorinq sistemi olmadan istənilən razılaşma faydasız olacaq: "Biz Əraqçi və Uitkoff arasında ikitərəfli dialoqda iştirak etmirik, lakin bu məsələyə laqeyd yanaşmırıq. Onlar yaxşı başa düşürlər ki, mümkün razılaşma haqqında öz fikirlərimizi bildirməli olacağıq, çünki onun yoxlanılması məhz bizdən asılı olacaq. Buna görə də biz artıq onlarla qeyri-rəsmi fikir mübadiləsi aparmışıq. visiontv.az
    Click here to Read more
    Prev Article
    Qurbanı kim seçir: Dələduzmu, yoxsa biz özümüz?
    Next Article
    Ermənistanın Rusiyayönümlü müxalifəti konstitusiya dəyişikliyinə qarşıdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment