Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

    10 hours ago

    1

    0

    Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. HİT.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Məsud Pezeşkian həmçinin Şəhidlər xiyabanını ziyarət edib. İran Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
    Click here to Read more
    Prev Article
    Femmes Digitales Gəncədə 10-cu Regional Mentorluq Proqramı ilə qızları həvəsləndirdi
    Next Article
    KTN-ə məxsus yük maşını 2100 manata satılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment