Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İran mediası: SEPAH və Ermənistan hərbiçilərinin baş tutan təlimi Bakıya açıq-aşkar siyasi mesaj idi

    1 week ago

    7

    0

    “İran diplomatiyası” saytı iddia edib ki, İranın xarici siyasəti əsasən ABŞ ilə həssas danışıqlara yönəldiyi halda, Tehran “ağıllı və incə” şəkildə regional münasibətlərinə xüsusi diqqət yetirib və həssas geosiyasi bölgələrdə, xüsusilə Cənubi Qafqazda strateji tarazlığı qorumağa cəhd edib. Cənubi Qafqaz bölgəsi strateji mövqeyinə və İranla həmsərhəd olmasına görə Tehranın xarici siyasəti üçün misilsiz əhəmiyyət daşıyır. Saytın yazdığına görə, İran Qafqazda əsas aktor kimi Azərbaycan və Ermənistanla münasibətlərdə balanslaşdırılmış yanaşma nümayiş etdirməklə nəinki ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çalışır, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına can atır. İddiaya əsasən, “mehriban qonşuluq, ərazi bütövlüyünə hörmət və regional əməkdaşlığa əsaslanan bu siyasət İranın qlobal və regional prioritetləri eyni vaxtda idarə etmək bacarığını nümayiş etdirir”. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dəstək Nəşr qeyd edib ki, bu günlərdə İran XİN başçısının müavini Məcid Təxt Rəvançi Tehranın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazır olduğunu vurğulayıb. Sayt İranın Cənubi Qafqazda hərbi münaqişələrin dayandırılmasına ümid ifadəsi ilə müşayiət olunan bu mövqeyinin guya regional sülh və sabitliyə sadiqliyinin nümayişi kimi qələmə verilib. Sitat: “Tehranın Cənubi Qafqaz regionunda son vaxtlar diqqətəlayiq addımlarından biri də Norduz bölgəsində İran-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsi olub. SEPAH-ın Quru Qoşunlarının və Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə baş tutan təlim “Bakıya açıq-aşkar siyasi mesaj verib ki, İran sərhədlərdə istənilən dəyişikliyə, xüsusilə də Zəngəzur dəhlizinə qarşıdır...” visiontv.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan səfiri Əlcəzair XİN-in idarə rəhbəri ilə görüşüb
    Next Article
    Qızıl yeni rekorda imza atdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment