Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var

    3 days ago

    2

    0

    Visiontv.az APA_ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): imkanlar və Perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib. O, ölkəmizin bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu xatırladaraq, bildirib ki, indiki şəraitdə hər hansı platforma kənarda qalmamalıdır: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildən üzv olub. Ölkəmiz son illər bir sıra beynəlxalq təşkilatlarda fəal iş aparır. Buna Qoşulmama Hərəkatına və Asiyada Qarşılıqlı Etimad Müşavirəsinə sədrlik daxildir. İqtisadi Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiya ölkələrinin ona üzvlüyü ilə genişlənib. Son zamanlar Azərbaycan yeni təşkilatlara da üzv olur. Onlardan biri də D-8 təşkilatıdır. Azərbaycan bu təşkilatdan hansı mənfəət əldə edə bilər? Biz hər hansı platformanı kənarda qoymamalıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".
    Click here to Read more
    Prev Article
    Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir
    Next Article
    “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment