Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

    1 week ago

    6

    0

    "Apple" şirkəti WWDC 2025 tədbiri ərəfəsində Nyu-York şəhərindəki reklam lövhələrini yeniləyib. Daha əvvəl süni intellektə istinad edilən şüarlardan imtina edən şirkət, "iPhone 16 Pro" modelinin kamera və video imkanlarını ön plana çıxaran daha klassik yanaşmaya üstünlük verib. Bəs bu dəyişiklik nə ilə izah olunur? Valyuta.az xəbər verir ki, WWDC 2025 tədbirinə sayılı günlər qalmış "Apple" reklam strategiyasında mühüm dəyişiklik edib. Şirkət daha əvvəl istifadə etdiyi və süni intellektə işarə edən "Təsəvvür et. Genmoji yarat" şüarını kənara qoyaraq, yeni lövhələrdə “iPhone 16 Pro. Cinemasterpiece” (kino sənət əsəri) ifadəsinə yer verib. Bu da o deməkdir ki, "Apple" artıq süni intellektə deyil, cihazın kamera və video qabiliyyətlərinə diqqət yönəldir. "Apple" "iPhone 16"nın təqdimatı ərəfəsində "Apple Intelligence" adlandırılan süni intellekt texnologiyalarını ön plana çəkməyi planlaşdırırdı. Lakin bu sahədəki texniki gecikmələr səbəbilə, şirkət həmin məqsədə tam şəkildə çata bilməyib. Hazırda reklam strategiyasının dəyişməsi də məhz bu səbəblə əlaqələndirilir. Şirkətin süni intellektə dair funksiyalarının bir çoxu ertələnmiş vəziyyətdədir. Məsələn, Siri üçün nəzərdə tutulan “ekran fərqindəliyi” funksiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb, yazı alətləri gözlənilən performansı göstərmir, “xülasə bildirişləri” isə yanlış məlumatlar təqdim edə bilir. Siri-nin xəbər başlıqlarını düzgün xülasə etməməsi səbəbilə bu yaxınlarda xüsusi yeniləmə edilib. "Apple Intelligence" hələ də beta mərhələsindədir və bu, şirkətin süni intellekt yarışında "OpenAI", "Google" və "Microsoft" kimi rəqiblərinin gerisində qala biləcəyi fikrini gücləndirir. "Apple"ın süni intellekt sahəsində yavaş irəliləməsi, şirkətin fərqli strategiya seçməsinə səbəb olub. Artıq "iPhone" modelləri, xüsusilə də "iPhone 16 Pro", güclü kamera və video qabiliyyətləri ilə foto və video həvəskarları üçün ən yaxşı seçim kimi təqdim edilir. Bu yanaşma cihazın sosial media məzmun istehsalçıları üçün daha cəlbedici hala gəlməsinə şərait yarada bilər. Lakin məhsuldarlıq və peşəkar funksionallıq axtaran istifadəçilərin, süni intellekt xüsusiyyətləri daha inkişaf etmiş alternativlərə yönəlməsi də mümkündür. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    X’ten Tüm Ezberleri Bozacak O Karar Geldi: DM Devri Sona Ericek!
    Next Article
    Milli Savunma Bakanı Güler Yalova'da incelemelerde bulundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment