Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İnternetdə profilinizi və pulunuzu qorumaq üçün 8 əsas tövsiyə - SƏHƏR OXUSU

    6 days ago

    3

    0

    İnternetin gətirdiyi imkanlar sayəsində insanlar artıq sadəcə bir noutbuk və internet bağlantısı ilə dünyanın istənilən yerindən pul qazana bilirlər. Lakin asanlıqla əldə edilən hər şeyin mütləq bir riskli tərəfi də olur. Profil oğurluğu, dələduzluq, məlumat sızıntıları və s.  Bəli, onlayn qazanc çox cəlbedici səslənir, amma lazım olan diqqəti göstərməsəniz həm pulunuzu, həm də rəqəmsal reputasiyanızı itirə bilərsiniz.  Valyuta.az bu yazıda sizə onlayn əməliyyatları təhlükəsiz şəkildə aparmaq üçün lazım olan 8 vacib məqamı təqdim edir: Güclü və unikal şifrələr istifadə edin, onları heç vaxt təkrarlamayın Unutmayın, sadə şifrə asan hədəf deməkdir. Bir kibertəhlükəsizlik araşdırmasına görə istifadəçilərin 53%-i bütün hesablarında eyni şifrəni istifadə edir. Bu şifrələri isə bir dəfə sındırmaq kifayətdir və nəticəsi böyük fəlakət ola bilər. Bununla qarşılaşmaq istəmirsinizsə, hər platforma üçün fərqli şifrə yaradın. Ən azı 12 simvolluq, böyük-kiçik hərf və simvollarla qarışıq şifrələr seçin. Parol meneceri tətbiqlərindən istifadə etməyi düşünün. İki mərhələli doğrulamanı aktiv edin Təkcə şifrə kifayət deyil. Dələduzlar şifrənizi tapsalar belə, ikinci doğrulama mərhələsindən keçmələri lazımdır. Bunun üçün isə, 2FA aktiv deyilsə, dərhal aktiv edin. "Google Authenticator" və ya "Microsoft Authenticator" kimi tətbiqlərə üstünlük verin. SMS əsaslı doğrulamada ehtiyatlı olun. Yalnız etibarlı platformalarda qazanc əldə edin “Evde oturaraq saatda 3000 manat qazan!” kimi təkliflərdən uzaq durun. Bu kimi işlər başqasını zəngin edə bilər, ancaq siz yox. Bunu fərqləndirmək üçün isə aşağıdakılara fikir verin: Saytın domeni yenidirmi? Şübhəli nə hiss edirsiniz? HTTPS sertifikatı varmı? Sayt ünvanının “https” ilə başlamasına baxın. İstifadəçi rəyləri süni dərəcədə müsbətdirsə, bot ola bilər. Ödəniş üsulları təhlükəsizdirmi? VPN istifadə edərək rəqəmsal izinizi azaldın VPN istifadə etmədikdə IP ünvanınız və cihaz məlumatlarınız ifşa olur. Bu yalnız məxfiliyin pozulması deyil, həm də təhlükəsizlik boşluğudur. VPN-lə isə IP-nizi gizlədə, trafikinizi şifrələyə bilərsiniz. Coğrafi məhdudiyyətləri aradan qaldırarsınız. Fişinq hücumlarına həmişə şübhə ilə yanaşın Tutaq ki, sizə bir email gəlir: “Təbrik edirik! 10.000 manat qazandınız. Qazanmaq üçün bura klikləyin.” Dayanın, bu linklərə klikləməyin. Bu cür mesajlar sizdən şəxsi məlumat almağa çalışan tələlərdir. Bu emailin saxta olub-olmadığını müəyyən etmək üçün ilk olaraq göndəricinin ünvanına baxın. Yazıda qrammatik səhvlər varsa, ehtiyatlı olun. “Təcili” tələblər varsa, şübhəli yanaşın. Linklərə klikləmədən əvvəl yoxlayın. Yalnız etibarlı ödəniş sistemlərindən istifadə edin “Kartınızın kodunu, ödənişi edək” deyirlərsə, diqqətli olun. Bunun üçün isə vasitəçi ödəniş sistemlərindən istifadə edin. Kriptovalyuta ilə ödənişdə ünvanın doğru olduğuna əmin olun. Hər əməliyyatdan sonra qəbz  tələb edin. Qazancınızı hissələrə bölərək təhlükəsizliyini qoruyun Bütün pulları bir yerdə saxlamaq risklidir. Gəlirlər üçün ayrı hesab yaradın. Buna görə də gündəlik xərclər üçün başqa kartdan istifadə edin. Kripto gəlirlərinizə başqa kart yönəldin. Sizə lazım olmayan pulları hesabdan çıxarın. Rəqəmsal təhlükəsizliklə bağlı vərdişlər qazanın Fiziki təmizlik kimi, rəqəmsal mühitlər də təmizlik tələb edir. Bunun üçün brauzer tarixçənizi vaxtaşırı silin. Yeniləmələri təxirə salmayın. Antivirusa proqramlarından istifaəde edin.  Unutmayın, bu xırda görünən addımlar sizi böyük risklərdən qoruya bilər. Çünki internetdən təhlükəsiz pul qazanmaq, yalnız gəlir əldə etmək deyil həm də o gəliri qorumaqdır. Hər klik, hər şifrə, hər əməliyyat ya sizi uğura aparır, ya da təhlükəyə salır. Günay
    Click here to Read more
    Prev Article
    Almost Half of Americans Breathe Unhealthy Air, Report Finds
    Next Article
    Maraton koşan robotlar ve biyoteknoloji vadimiz

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment