Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Instagram" “CapCut”ı əvəz edəcək funksiyanı işə saldı

    6 days ago

    4

    0

    “Instagram” video yaradıcılarına yönəlmiş yeni video montaj tətbiqi “Edits”i təqdim edib.  Valyuta.az xəbər verir ki, “TikTok”un sahibi olan “ByteDance” şirkətinin məşhur “CapCut” proqramına alternativ olaraq yaradılan “Edits” artıq iOS və Android platformalarında pulsuz şəkildə yüklənə bilir. Tətbiq yanvar ayında elan edilib və bu gündən etibarən istifadəyə verilib. Belə ki, “Edits” yaradıcılar üçün nəzərdə tutulmuş “video yaratma tətbiqi” kimi təqdim olunur və istifadəçilərə layihə idarəetməsi, qeydlərin və ideyaların izlənməsi, eləcə də videonun performans göstəricilərinə dair məlumatlar təqdim edir. Həmçinin, burada adi “Instagram” tətbiqində olmayan süni intellekt dəstəkləyən animasiyalar, yaşıl ekran əvəzləmə (green screen) və obyekt ayırma kimi inkişaf etmiş redaktə funksiyaları mövcuddur. “Edits”in təqdim etdiyi montaj alətləri “CapCut” ilə demək olar ki, eynidir.  Xatırladaq ki, “CapCut” “TikTok”a bağlı müstəqil video redaktə proqramıdır və bu alətin elan edildiyi dövrdə ABŞ-da həm “TikTok”, həm də “CapCut” qısa müddətlik tətbiq mağazalarından çıxarılmışdı. Bu da “Instagram”ın sahibi olan “Meta”nın “CapCut”u birbaşa rəqib kimi gördüyünü göstərir. “Instagram” rəhbəri Adam Mosseri tətbiqin ilk dəfə təqdim edildiyi zaman “Threads” platformasında hər iki proqram arasında oxşarlıqları etiraf etsə də, “Edits”in adi istifadəçilərdən çox yaradıcılar üçün nəzərdə tutulduğunu bildirib. O, “The Verge”dən Kris Velçə verdiyi cavabda əlavə edib ki, “Edits” gələcəkdə “CapCut”dan kifayət qədər fərqli olacaq və daha geniş yaradıcılıq imkanları təqdim etsə də, daha dar istifadəçi auditoriyasına xitab edəcək. “Instagram” artıq “Edits” üçün gələcək yenilikləri də anons edib. Bu yeniliklər sırasında əsas kadrlar (keyframes), əlavə süni intellekt əsaslı redaktə vasitələri və digər istifadəçilərlə birgə video üzərində işləmək imkanı yer alır. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Faiz dəhlizinin parametrləri dəyişməz saxlanıldı
    Next Article
    PFDK sevkleri açıklandı: Selçuk İnan kararı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment