Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi

    1 week ago

    2

    0

    Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları oğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan üç azərbaycanlının işinə baxır. Lent.az yerli mediaya istinadla bildirir ki, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül – müəyyən hərəkətlərə qadağa barədə həbs-qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb. Müstəntiqlərin araşdırmasına görə, 2012-ci ildən bəri, cinayətkarlar Kuzbass şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan əmək kimi istifadə ediblər. Oğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərərçəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb.
    Click here to Read more
    Prev Article
    Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyuldu
    Next Article
    3 ay əvvəl direktor təyin edilmişdi, işdən çıxarıldı - Yerinə baş həkim gətirildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment