Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İnsanlar güllər, çiçəkələr kimidir

    1 week ago

    6

    0

    İnsanlar var ki, kaktus çiçəyi kimidir, dərhal diqqəti cəlb edir. Uzaqdan gözəlliyi, yaxından ətri adamı valeh edir. Amma qoxulayanda, əl vuranda əlinə, üzünə tikan batır. Bu gözəlliyin sadəcə olaraq, yalan, bəlkə də tələ olduğunu hiss edirsən. Hətta belə adamların yaxasından "Yaxın gəlməyin, dişləyir" lövhəsi asmaq istəyirsən... Adam da var, qızılgül kolu kimidir, görməmək mümkün deyildir. Çiçəyinin gözəlliyi, ətri aləmi valeh edir. Yaxınlaşmaq, çiçəyini qoxulamaq, dərib yaxadan asmaq olar. Amma həmişə ehtiyatlı olmaq lazımdır, adi bir ehtiyatsızlıq əlinizi qanada, hətta paltarınızı cıra bilər. Təbii ki, bunların da yaxasında "Ehtiyatlı olun, təhlükəlidir" lövhəsi çatmır. Adam da var, bənövşə kimidir. Çəpərin dibində, otların içində bitir, bəzən hətta daşların altında gizlənir. Gözəlliyi qışqırmır, ətri səsini çıxarmır, yaxınlaşmasan hətta görməzsən. Amma görəndə, ətrini hiss edəndə, valeh olmaya bilməzsən. Hələ cavanları demirəm, mən özüm də hər il kənddə bənövşədən bir dəstə bağlayıram, "taıisman" kimi gələn yaza saxlayıram. Dostların ad günündə onlara bağışlayıram... Bəli dostlar, bənövşə kimi gözəl, amma gözə girməyən, ətirli, amma tikansız adamlar var. Sadəcə olaraq, onları axtarıb tapmaq, üzə çıxarmaq və dost olmaq lazımdır. Qalib ARİF visiontv.az
    Click here to Read more
    Prev Article
    Ərdəbildə blogerlər həbs edilib
    Next Article
    Təbriz millət vəkili Əlirza Novin: "Türklərin və Traxturçuların təhqiri hesabına federasiyanın xəzinəsini doldurmayın"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment