Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İnsan hüceyrələri səsləri eşidir

    1 week ago

    6

    0

    Yaponiyanın Kyoto Universitetinin alimləri aşkar ediblər ki, səs təkcə qulaqlar və beyin tərəfindən qəbul edilmir, hətta bədənin ayrı-ayrı hüceyrələri də buna reaksiya verir.  HİT.az xəbər verir ki, araşdırma "Communications Biology" (ComBio) jurnalında dərc olunub. Səs havada yayılan mexaniki dalğalardır. O, ətraf aləm haqqında vacib məlumatları ötürməyə və müxtəlif fizioloji reaksiyalara səbəb olmağa qadirdir. Ancaq alimlər yalnız indi akustik təzyiqin insan orqanizminin hüceyrələrinə birbaşa təsir göstərə biləcəyini başa düşməyə başladılar. Bu fərziyyəni yoxlamaq üçün Masahiro Kumetanın rəhbərlik etdiyi bir qrup akustik stimullaşdırma altında hüceyrələrin becərildiyi bir təcrübə hazırlayıb. Tədqiqatçılar vibrasiya çeviricisini rəfdə tərs quraşdırdılar və sonra səs dalğalarını hüceyrələr olan petri qabına əlavə edilmiş diafraqmaya ötürmək üçün rəqəmsal audio pleyer və gücləndiricidən istifadə ediblər. Alimlər RNT ardıcıllığı, mikroskopiya və digər üsullardan istifadə edərək, eşidilən diapazonda səsə məruz qaldıqda hüceyrələrin davranışını təhlil ediblər. Nəticələr heyrətamiz olub: hüceyrələr həqiqətən səsə cavab verilblər Xüsusilə nəzərə çarpan adipositlərin differensiasiyasının yatırılmasının təsiri olub - yağ hüceyrələrinin prekursorlarının yetkin yağ hüceyrələrinə çevrilməsi prosesi. Bu, səsdən toxumaların vəziyyətini idarə etmək üçün təhlükəsiz, qeyri-invaziv üsul kimi istifadə etmək imkanını açır. Bundan başqa, tədqiqatçılar səsə həssas olan 190-a yaxın gen müəyyən edib, onların fəaliyyətində dəyişiklikləri qeydə alıblar və səs siqnalının ötürülməsinin hüceyrədaxili mexanizmlərini tədqiq ediblər. "Səs qeyri-maddi, lakin güclü vasitədir. O, təhlükəsizdir, müdaxilə tələb etmir və fizioloji proseslərin məqsədyönlü tənzimlənməsi üçün istifadə oluna bilər", deə Kumeta qeyd edib. Gələcəkdə alimlər səsin hüceyrələrə təsirini daha ətraflı öyrənməyi və əldə etdikləri bilikləri tibbi məqsədlər üçün istifadə etməyi planlaşdırırlar. Samir
    Click here to Read more
    Prev Article
    Çin yaxın zamanda “Tyanqun” stansiyasına pilotlu gəmi göndərəcək
    Next Article
    Alimlər məməlilərin biokimyasında yeni enerji daşıyıcısı kəşf etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment