Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "İnnovasiya və Təchizat Mərkəzi"nin tenderində qalib yenə "Azfar Med" oldu

    8 hours ago

    1

    0

    "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası məqsədilə hemodializ prosedurunda istifadə olunan sərfiyyat mallarının satın alınması" üçün tender keçirilib. Valyuta.az xəbər verir ki, ehtimal olunan dəyəri 28 milyon 543 min 939,22 manat olan tenderin qalibi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur. "Azfar Med" QSC 2021-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 min manat təşkil edir. Qeyd edək ki, bu şirkət daha əvvəl də "İnnovasiya və Təchizat Mərkəzi"nin tenderlərində qalib gəlib. Daha əvvəl tərəflər arasında ümumi dəyəri 296 min 811,51 manat olan müqavilə imzalanıb. Bundan başqa, "Azfar Med" ilə ümumi məbləği 3,1 milyon manat olan digər müqavilələr də bağlanıb. Xatırladaq ki, 2024-cü ildə "İnnovasiya və Təchizat Mərkəzi" tərəfindən 72 tender keçirilib. Bu tenderlərdən ümumi dəyəri 30 milyon manat olan müqavilələr məhz "Azfar Med" ilə imzalanıb. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Fiat Egea Fiyatına Satılacak Elektrikli Pick-up Tanıtıldı: Dokunmatik Ekranı Yok, Radyosu Yok, Hatta Boyası Bile Yok!
    Next Article
    Hakan Bilal Kutlualp başkan adaylığını resmen açıkladı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment