Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İnnovasiya və Təchizat Mərkəzi 2 ayda 3 dəfə eyni şirkətə sifariş verdi - 68 milyonluq müqavilə

    1 week ago

    4

    0

    “Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması ilə bağlı elan olunan layihənin qalibi bəlli olub. Valyuta.az xəbər verir ki, bu layihə üzrə qalib seçilən şirkət "Avromed Company" QSC-dir. "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsin elan etdiyi və artıq tamamlanan tenderin ümumi məbləği 51 milyon 214 min 262,83 manat təşkil edib. Araşdırmalara əsasən, "İnnovasiya və Təchizat Mərkəzi" ilə "Avromed Company" QSC arasında cari ildə 3 müqavilə bağlanıb. Onlardan ikisi mart ayında imzalanıb. Bu müqavilələrdən biri “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınmasına dair 16 milyon 333 min 897 manat, digəri isə “Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınmasına dair 803 min 698 manat dəyərində olub. Beləliklə, cəmi iki ay ərzində adıçəkilən iki qurum arasında bağlanan müqavilələrin ümumi dəyəri 68 milyon 351 min 858 manata çatıb. Qeyd edək ki, "Avromed Company" QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Nizamnamə kapitalı 57 000 manat olan şirkət 2007-ci ilin avqustunda dövlət qeydiyyatına alınıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    30 milyonluq investisiya -3 mindən artıq şəxs işlə təmin olunacaq
    Next Article
    Biznesmenlərin ayın sonu özünə verməli olduğu "maliyyə" sualları

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment