Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İngilis bicliyi, Osmanlı saflığı

    4 days ago

    5

    0

    Britaniya 1917-ci ildə Fələstində savaş zamanı ən güclü müqaviməti Osmanlı əsgərlərindən alırdı. Mövqe, silah və döyüş bacarığı baxımdan ingilislər Osmanlılar qarşısında məğlub vəziyyətdə idi. Britaniya kəşfiyyatı bütün cəhdlərinə baxmayaraq Osmanlıların zəif nöqtəsini tapa bilmirdilər. Bu isə Britaniya ordusuna günü-gündən ağır zərbələr vururdu. Richard Meinertzhagen casus xidməti axır ki, istədiyi zəif nöqtəni tapa bilir. Məlum olur ki, Osmanlı əsgərlərinin hər cür təminatı olmasına baxmayaraq çətinlik çəkdiyi Siqaret idi. Osmanlılara qalib gəlməyin yolunu tapan Britaniya casusu 10 min siqaret qutusunu və içərisinə “təslim olun, təminatınız daha yaxşı olsun” sözləri yazaraq təyyarə ilə əsgərlər olan əraziyə atılmasını əmr edir. Osmanlı əsgərləri siqareti götürüb çəkməyə başlayırlar və yazı olan hissəsini isə ocaqda yandırırdılar. Bir müddət Osmanlıların təslim olmasını gözləyən casus istədiyi nəticəni əldə etməyəndə ikinci plana əl atır. Yenidən 10 min qutu siqaret hazırlanmasını tapşıran Richard Meinertzhagen tütünün içərisinə Tiryək qoyulmasını əmr edir. Bu uyuşdurucu maddə siqaret ilə birlikdə çəkilməklə də istifadə olunur. Qısamüddətli zövq və halsızlıq, yuxu verir. Ertəsi gün ingilislər hücuma keçəndə Osmanlılar onlara faktiki olaraq heç bir müqavimət göstərmədilər. Onların çoxu atmaq bir yana, ayaq üstə dura bilmirdi. Osmanlı qoşunları məğlub oldu. Bu hadisədən sonra Britaniya casusu belə söz deyir: “Müharibədə bütün vasitələr yaxşıdır və bəzən sadə hiyləgərlik hərbi strategiyadan daha böyük uğur qazana bilər.” Dosent Zaur Əliyev visiontv.az    
    Click here to Read more
    Prev Article
    Məleykə Əsədovanın 59 yaşı tamam olur
    Next Article
    Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədovanın doğum günüdür

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment