Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İlon Mask dövlət işindən çəkilir: Tesla-nın gəliri 71% azalıb

    1 week ago

    4

    0

    Finss.az - Dünyaca məşhur sahibkar və Tesla şirkətinin rəhbəri İlon Mask, ABŞ Dövlət Effektivliyi Departamentində (DOGE) keçirdiyi iş saatlarını azaldacağını bəyan edib. Mask bu barədə Tesla-nın investorları ilə keçirdiyi konfrans zəngində məlumat verib. “Gələn aydan etibarən DOGE-yə ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq”, – deyə o, çıxışı zamanı bildirib. Buna baxmayaraq, o, Donald Trampın prezidentlik müddəti başa çatana qədər DOGE komandası ilə əməkdaşlığı davam etdirəcəyini, dövlət idarəçiliyində israfçılıq və korrupsiyanın yenidən baş qaldırmaması üçün səy göstərəcəyini vurğulayıb. Maskın sözlərinə görə, o, bundan sonra həftədə bir və ya iki gününü dövlət məsələlərinə ayıracaq — “prezidentin istəyinə əsasən”. Bu açıqlama, Tesla-nın 2025-ci ilin ilk rübündəki maliyyə nəticələri fonunda diqqət çəkir. Şirkət ilin ilk üç ayı üzrə gəlirin 9% azalaraq 409 milyon dollara düşdüyünü açıqlayıb. Bu rəqəm, ötən ilin eyni dövründə qeydə alınan 1,4 milyard dollarlıq mənfəətlə müqayisədə 71%-lik azalma deməkdir. Mütəxəssislər bildirirlər ki, Tesla-nın qarşısında duran əsas çağırışlar bazardakı sərt rəqabət, elektromobil sektorunda yavaşlayan tələbat və qlobal iqtisadi qeyri-müəyyənliklərlə bağlıdır.  
    Click here to Read more
    Prev Article
    “AzerGold” Yer Gününü ağacəkmə və ekoloji tədbirlərlə qeyd edib
    Next Article
    Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment