Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İlham Əliyevin Si Szinpin ilə geniş tərkibdə görüşü oldu

    5 days ago

    4

    0

    Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub. HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Szinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar. Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Szinpinə təqdim olundu. Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Daha sonra İlham Əliyevin Si Szinpin ilə geniş tərkibdə görüşü olub.
    Click here to Read more
    Prev Article
    Putin Trampın reputasiyasına ciddi zərbə vurdu
    Next Article
    Azərbaycanın İsveç iqtisadiyyatına investisiyaları artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment