Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İİTKM “Strateji zəka” platformasına qoşulub

    2 days ago

    2

    0

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təchizatçısı olaraq üzv olub. İİTKM bu platformada məzmun təchizatçısı statusunu əldə edən ilk dövlət qurumudur. Süni intellekt əsasında işləyən bu platforma istifadəçilərə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq, ən son tendensiyaları izləmək imkanı verir. Məlumatlar “transformation map” adlı interaktiv və dinamik məlumat vizuallaşdırması vasitəsilə təqdim olunur. Transformasiya xəritələri istifadəçilərə mövzular arasındakı əlaqələri dərinləşmiş şəkildə araşdırmağa və anlamağa kömək edir. Platformada qlobal beyin mərkəzləri, dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat institutları məzmun təchizatçısı kimi çıxış edir. Bu əməkdaşlıq İİTKM-nin ölkəmizin iqtisadi nailiyyətlərini, yerli və qlobal məsələlərlə bağlı ekspert rəylərini, eləcə də müxtəlif sahələrdəki aktual inkişafları daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradacaq. Strateji zəka platforması həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirmək və qlobal miqyasda iqtisadiyyat, sənaye, enerji və digər mühüm sahələrdə ölkəmizin nailiyyətlərini tanıtmaq üçün əvəzsiz bir vasitə rolunu oynayacaq. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Nazirlər Kabineti diplomatik xidmət əməkdaşları üçün yeni maliyyə təminatı qaydalarını təsdiq edib
    Next Article
    "S&P Global Ratings" Azərbaycanın sığorta sektoru üzrə risk qiymətləndirməsini dəyişməz saxlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment