Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İİTKM "Startup School 3” layihəsinə start verir

    1 week ago

    2

    0

    Finss.az -  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalı ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə tərəfdaşlığı çərçivəsində "Startup School 3: Green and Digital Silk Road" beynəlxalq akselerasiya proqramına başlayır. “Green and Digital Silk Road” (Yaşıl və Rəqəmsal İpək Yolu) devizi altında keçirilən bu beynəlxalq təşəbbüs 2025-ci ilin aprel-dekabr aylarını əhatə edəcək. Layihə rəqəmsal və yaşıl inkişaf sahəsində fəaliyyət göstərən startaplara dəstək verməklə yanaşı, regionda innovasiya ekosisteminin möhkəmlənməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və qabaqcıl təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradacaq. Proqramın əsas məqsədi rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində məhsul və ya xidmət təqdim edən startapların inkişafına şərait yaratmaq, innovativ ideyaların regional inteqrasiyasını dəstəkləmək və startap ekosistemi iştirakçıları arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir. Layihənin missiyası “Yaşıl və Rəqəmsal İpək Yolu” konsepsiyası əsasında iştirakçı ölkələrdə rəqəmsal transformasiya və ekoloji dayanıqlılığın inkişaf etdirilməsidir.   Proqrama Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və Pakistan daxil olmaqla, Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən startaplar müraciət edə bilər. Layihəyə ABŞ, Almaniya, Çin, Cənubi Koreya, Türkiyə və Azərbaycandan olan tanınmış mentorlar cəlb ediləcək. Qeyd edək ki, "Enterprise Azerbaijan" portalı buna qədər də “Startup School 1” və “Startup School 2 - AI for Green Solidarity” layihələrini uğurlar icra edib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Hesablama Palatası məsafədən audit üçün proqram təminatı üzərində işləyir
    Next Article
    Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment