Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

    1 week ago

    4

    0

    Finss.az - Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətə başlamasının 9 illiyi münasibətilə görüş keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz 9 illik dövrdə monitoriq və qiymətləndirmə, iqtisadi təhlil, beynəlxalq əməkdaşlıq, innovativ layihələr, kommunikasiya və digər istiqamətlərdə uğurla fəaliyyət göstərib. Hazırda 20-dən artıq dövlət proqramı, fəaliyyət planı, strategiya və digər sənədlərin icrasının monitorinq və qiymətləndirilməsi həyata keçirilir. İİTKM komandası bütün dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq quraraq  qısa müddətdə 100-dən artıq monitorinq və qiymətləndirmə hesabatının hazırlanmasına nail olub. Bu nəticə Mərkəzin yüksək peşəkarlığı və səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkcə Azərbaycanı deyil, Cənubi Qafqazı və Mərkəzi Asiyanı  beynəlxalq beyin mərkəzləri platformalarında, o cümlədən T20 və T7 səviyyəsində uğurla təmsil edir. Sonda İİTKM-in yaradılmasının 9 illiyi münasibətilə əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycandan Hindistana pul köçürmələri artıb
    Next Article
    Bank of Japan likely to continue interest rate hikes despite U.S. tariffs - report

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment