Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İflas hələ son deyil – Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

    1 week ago

    4

    0

    İşlər planlaşdırdığınız kimi getmədi, qorxduğunuz başınıza gəldi və iflas etdiniz. Bəs indi nə olacaq? Hər şey bitdimi? Yoxsa bu, yeni bir başlanğıcın ilk addımıdır? Dəfələrlə uğursuzluğa düçar olmuş təcrübəli sahibkarlar deyir ki, batmaq son deyil. Əgər düzgün addımlar atılsa, bu, gələcək uğurun təməli ola bilər. Valyuta.az sizə bu halda nə etməli olduğunuzun yollarını təqdim edir: Uğursuzluq hekayələrini oxuyun, çoxlu dost qazanın Uğursuzluq yalnız sizin başınıza gəlməyib. Başqalarının necə batdığını və sonra necə yenidən ayağa qalxdığını oxuyun, öyrənin. Özünüzü dünyadan təcrid etməyin. Sosiallaşın, insanlarla əlaqə qurun. Çünki uğur yolunda sizi yenidən motivasiya edəcək ən güclü resurs – ətrafınızdakı insanlardır. 3 günlük yas, sonra yeni plan Bəli, batmaq ağırdır. Emosiyalarınızı bastırmayın. Üç gün özünüzə vaxt verin, amma dördüncü gün plan qurmağa başlayın. Yeni yollar, yeni ideyalar və yeni sərmayə imkanları axtarın. Çünki bu, sizin dönüş nöqtəniz ola bilər. Böyük itki, böyük fürsət ola bilər İllərinizi verdiyiniz şirkətdən bir gün çıxarıldınız? Bəlkə də bu, artıq öz yolunuzu açmağın zamanıdır. Bacarıqlarınıza inanın. Əgər nə etdiyinizi bilirsinizsə, o zaman uğur yenidən sizə gələcək. Sadəcə pozitiv qalın və daha böyük düşünün. Əyləci basın, istiqaməti dəyişin və yenidən sürətlənin Yeni başlanğıclar üçün bəzən dayanmaq lazımdır. Bir az sakitlik, bir az plan və sonra təkrar sürət. Hədəflərinizi, strategiyanızı yenidən müəyyən edin. Yaxşı bir komanda qurun, əməliyyat, maliyyə və marketinq hissələrini düzgün bölüşdürün. Unutmayın, bu bir sprint deyil – uzunmüddətli bir marafondur. Sahib olduğunuz resursları müəyyən edin Batmış ola bilərsiniz, amma tamam tükənməmisiniz. Özünüzdən soruşun: “İndi istifadə edə biləcəyim nə kimi resurslarım var?” – bir insan, bir fikir, bəlkə də bir əlaqə. Həyat daim fürsətlər təklif edir. Əsas olan, bu fürsətləri görmək və hərəkətə keçməkdir. Yenilikləri izləyin, bazarı yoxlayın Yeni ideyalar üçün bazarı izləmək vacibdir. Bazar nə istəyir? Sizin təklifiniz nədir? Əvvəlcə bir video ilə fikrinizi paylaşın, bazardan reaksiya alın. Təhlil edin, test edin və sonra sərmayə yatırın. Çünki bazarı anlamadan irəliləmək – təkrar risk deməkdir. Çantanızı yığın, səyahətə çıxın Stres pik nöqtədədirsə, ən yaxşısı – uzaqlaşmaqdır. Heç vaxt getmədiyiniz bir ölkəyə gedin, yenilənin, düşünün, fərqli fikirlər qazanın. Səyahət yalnız ruhu təzələmir, həm də beyninizi açır və yeni ideyalar üçün zəmin yaradır. O işə niyə başlamışdınız? Məqsədinizi xatırlayın Özünüzə sual verin: “Mən bu işi niyə qurmuşdum?” Cavabını tapdığınız anda motivasiyanız da geri qayıdacaq. İtirdikləriniz sizə “dayan” demir – sadəcə daha düzgün düşün, daha ağıllı hərəkət et deyir. Vəziyyətə necə reaksiya verdiyiniz – yüksəlməyinizin və ya tamamilə batmağınızın əsasını təşkil edəcək. Unutmayın, iflas, bəzən yalnız bir fəsildir, həyat kitabınızın sonu deyil. Günay
    Click here to Read more
    Prev Article
    Trump’s 10% Tariff May Be Less Onerous but Still Raises Prices and Threatens Trade
    Next Article
    ÖZEL | Josef de Souza yeniden Süper Lig'e dönüyor!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment