Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?

    1 week ago

    5

    0

    Yay fəsli yaxınlaşdıqca, idman zallarına maraq da artır. Bəziləri arzuladıqları çəkiyə çatmaq və sağlam bədən quruluşuna sahib olmaq, digərləri isə qarşıdan gələn idman yarışlarına hazırlaşmaq üçün zallara üz tuturlar. Valyuta.az Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda idman zallarında məşq qiymətləri əraziyə və şəraitə görə ciddi fərqlənir. Paytaxtın mərkəzində yerləşən zallarda bir aylıq üzvlük 300 manatdan başlayır, bəzən isə 450 manata qədər yüksəlir. Mərkəzdən kənarda isə qiymətlər 25-60 manat aralığında dəyişir. Məsələn, bəzi zallarda bir giriş üçün ödəniş 4 manat, limitsiz aylıq məşq qiyməti isə 35 manatdır. 12 giriş üçün nəzərdə tutulmuş aylıq paketlər 30-40 manat arasında dəyişə bilər. Həftədə iki dəfə zala gəlmək istəyənlər üçün 20 manatlıq 8 girişli paketlər də təklif olunur. Mütəxəssislərin sözlərinə görə, ötən illə müqayisədə bu il qiymətlər təxminən 20-30 faiz artıb. Qış fəslinə nisbətən yaz-yay aylarında qiymətlər 10 faizədək yüksəlir ki, bu da artan tələbatla bağlıdır. Qiymətlərin formalaşmasına zalda mövcud olan avadanlıqların səviyyəsi, obyektin yerləşdiyi ərazi və ümumi maraq birbaşa təsir göstərir. Əlavə olaraq, fərdi məşqçi ilə məşqlər seçildikdə aylıq ödənişlər bir qədər də artır. Ətraflı süjetdə:
    Click here to Read more
    Prev Article
    Türkiye'de Yılın Otomobili 2025 Finalistleri Belli Oldu (Bir Aday Çok Güçlü)
    Next Article
    İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment