Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    İcra başçısına 39 yaşlı birinci müavin təyin edildi

    1 week ago

    3

    0

    Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib. Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Həsənli Elşən Nazim oğlu I müavin təyin edilib. Buna qədər I müavin Məmmədov Güloğlan Məmməd oğlu idi. Həsənli Elşən Nazim oğlu  1986-cı ildə  Yevlax şəhərində anadan olub. 2006-cı   ildə   Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik   Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib. 2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb. 2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Click here to Read more
    Prev Article
    18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı
    Next Article
    Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment