Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    I sinfə qəbul prosesinə yeniliktətbiq edildi

    2 weeks ago

    4

    0

    1-ci sinfə qəbulda Şəxsi kabinetə giriş “Digital Login” vasitəsilə həyata keçiriləcək. Bu barədə "Valyuta.az"a MÜTDA-dan bildirilib. Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir. Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər. Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.
    Click here to Read more
    Prev Article
    Ünlü şirketten kişisel veriler çalındı: Müşteriler risk altında!
    Next Article
    Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment