Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    I Fransiskin şəxsi mövqeyi və keçmişindən gələn erməni təsirləri

    1 week ago

    3

    0

    Erməni diasporunun güclü dayaqlara sahib olduğu Argentinada doğulan I Fransiskin müəyyən təsirə düşdüyünü demək mümkündür. O, Papa olmadığı 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan bəhs edir, türkləri nasistlərə bənzədirdi. Ümumiyyətlə onun Argentinadakı fəaliyyətində erməni iddialarına dəstəyinə dair məlumatlar az deyil. Papa seçildikdən sonra isə balanslı yanaşma sərgiləyib ki, bu da Vatikanın siyasətindən qaynaqlanıb. Buna rəğmən, I Fransiskin Papa kimi Cənubi Qafqaz siyasətində balansın Ermənistanın xeyrinə pozulması kimi hallar da diqqətdən qaçmır. 2016-cı ildə regiona səfər edən Papa Azərbaycan və Gürcüstanı Ermənistandan ayırmışdı. İyun ayında reallaşan səfər proqramında regionun hər üç ölkəsinə - Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana ziyarət nəzərdə tutulsa da, Papa birbaşa İrəvana getdi, Bakı və Tbilisiyə səfər üç ay təxirə salındı (Gürcüstana sentyabrın sonu, Azərbaycana oktyabrın əvvəli gəlib). Bu, səfər proqramı ilə əlaqələndirilsə də, Ermənistana reallaşan xüsusi ziyarətin iki mümkün səbəbi də istisna deyildi. 1. I Fransiskin şəxsi mövqeyi və keçmişindən gələn erməni təsirləri; 2. Vatikanın pravoslavlarla mübarizədə erməni qriqorianlığının nəzarətə götürülməsi siyasəti: bu, uzunmüddətli planın I Fransisk tərəfindən də davam etdirilməsi idi; Hər iki halda I Fransiskin siyasətində və şəxsi yanaşmalarında erməni amili müəyyən qədər nəzərə çarpırdı. 44 günlük müharibə və sonrasında da ermənilərin müdafiəsinə yönəlmiş açıqlamalar vermişdi. Lakin bütün bunların Bakı-Vatikan münasibətlərinə mənfi təsir etmədiyi də reallıqdır. Hətta Azərbaycanın Vatikanla münasibətlərinin səviyyəsi Ermənistanda zaman-zaman narahatlıq yaradıb. Aprelin 10-də Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda keçirilən 12-ci beynəlxalq elmi konfrans və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, bütün toponimlərin dəyişdirilməsi, alban kilsələrinin belə erməniləşdirilməsinə toxunulması İrəvanda narahatlıq yaradan sonuncu hallardan biridir. I Fransiskin ölümü Vatikanda və dünyada yeni Papanın kim olacağı sualını aktuallaşdırıb. Qaydalara görə, 252 kardinaldan yaşı 80-dən aşağı olan 137-si konklavda - papa seçkilərində iştirak etmək hüququna malikdir. 137 kardinaldan beşinin - Pietro Parolin (İtaliya), Luis Antonio Taqle (Filippin), Peter Turkson (Qana), Peter Erdö (Macarıstan), Mykola Bychok (Ukrayna) – şansı daha yüksək qiymətləndirilir. Yeni Papanın kim olmasından asılı olmayaraq, Bakı-Vatikan münasibətlərinin əvvəlki səviyyədə davam edəcəyi gözləntisi daha çoxdur, keçmiş təcrübə belə düşünməyə əsas verir. politoloq Asif Nərimanlı visiontv.az
    Click here to Read more
    Prev Article
    Fransa öz vətəndaşlarının İrana səfərini qadağan edib
    Next Article
    Siyavuş Novruzov 3 aydır parlamentə gəlmir - Nə olub?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment