Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Huawei" "Nvidia"ya rəqib olacaq yeni AI çip hazırlayır

    36 minutes from now

    3

    0

    "Huawei" süni intellektin (Al) öyrənilməsi üçün nəzərdə tutulan yeni "Ascend 910D" prosessorunu test etmək üzrədir. Şirkət ümid edir ki, bu çip Çin bazarında ABŞ texnoloji nəhəngi "Nvidia"nın yüksək performanslı həllərini qismən əvəz edə bilər. Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Mənbələrin məlumatına görə, "Huawei" artıq yeni AI prosessorunun testləri üçün Çin texnoloji şirkətləri ilə danışıqlar aparır. Çipin ilk nümunələrinin mayın sonunda yoxlanış üçün hazır olacağı gözlənilir. İnkişaf erkən mərhələdə olsa da, "Huawei Ascend 910D-nin "Nvidia H100"dən üstün olacağını planlaşdırır. Bu inkişaf, ABŞ-nin Çinə "Nvidia H20" kimi qabaqcıl çiplərin ixracına qoyduğu məhdudiyyətlər fonunda baş verir. Bu məhdudiyyətlər, sanksiyalara baxmayaraq, "Huawei" və digər yerli istehsalçılar üçün yeni imkanlar yaradır. "Huawei" artıq "Nvidia" çiplərinin yerli analoqlarını hazırlamaqda liderlərdən biridir. Şirkət əvvəllər "Mate 60 "smartfonunda Çin istehsalı çiplərdən istifadə edərək ABŞ məhdudiyyətlərini aşmaq qabiliyyətini nümayiş etdirmişdi. 2024-cü ildə "Huawei" əvvəlki nəsillərdən olan 800.000-dən çox "Ascend" çipi (910B və 910C modelləri) dövlət telekommunikasiya şirkətlərinə və "TikTok-un sahibi "ByteDance" kimi özəl AI inkişafçılarına təqdim etməyi planlaşdırır. "Nvidia H20"nin təchizatına qoyulan məhdudiyyətlərdən sonra bəzi müştərilər artıq "Ascend 910C" sifarişlərini artırmaq imkanlarını müzakirə edirlər. Çin çipləri hələ də qərb analoqlarından bir neçə il geridə olsa da, "Huawei" və digər yerli istehsalçılar çiplərin bir-birinə qoşulması yolu ilə ümumi sistem performansını artırmaq üçün çalışırlar. Məsələn, apreldə təqdim edilən "CloudMatrix 384" hesablama sistemi bəzi tapşırıqlarda "Nvidia"nın flagman həllərindən də üstün ola bilər, baxmayaraq ki, enerji sərfiyyatı daha yüksək ola bilər. Paşa Məmmədli  
    Click here to Read more
    Prev Article
    Dünya tarihinde bir ilk: 'Sivilce aşısı' geliştiriliyor
    Next Article
    "Super Star" şirkətinin 56 min manat vergi borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment