Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    HP: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb

    5 hours ago

    2

    0

    Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir. Bu barədə Valyuta.az-a Palatadan bildirilib. Məlumata görə, həmin təkliflər aşağıdakılardır: - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi; -  Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər layihəsi "B04" stansiyasının çıxışları obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B04" mənzil tunelləri  və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B4" stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və "B04" stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması; - Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.
    Click here to Read more
    Prev Article
    iOS 18.5 Henüz Açıklanmayan Bu İki Özellik ile Gelebilir
    Next Article
    Bütün nazirliklərdə “adamı” olan Əsgərovun ŞOK işi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment