Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi 63% tamamlanıb

    1 week ago

    3

    0

    "Azərbaycan Dəmir Yolları" QSC-dən Visiontv.az-a verilən məlumata görə, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83%-i, tikinti-quraşdırma işlərinin isə 63%-i tamamlanıb. Uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb. Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır. Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.
    Click here to Read more
    Prev Article
    Tehran Vaşinqtona üç mərhələli razılaşma təklif edib
    Next Article
    Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment