Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Hindistanın Azərbaycana yatırdığı investisiyalar azalıb

    1 week ago

    4

    0

    2024-cü ildə Hindistanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 43,2 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 5 milyon ABŞ dolları və ya 10,5% azalma deməkdir. Beləliklə, Hindistanın ötən il Azərbaycana yönəltdiyi birbaşa investisiyaların ümumi xarici sərmayələrdəki payı 0,6% olub. Xatırladaq ki, 2023-cü ildə Hindistandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 48,2 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Digər tərəfdən, ötən il Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ilə nisbətən 1,4 milyard ABŞ dolları və ya 43,3% azalıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Uğurlu biznes üçün doğru konsaltinq firması necə seçilməlidir? - Elçin Əkbərovdon 7 əsas faktor
    Next Article
    Trump firing Powell alone won’t be enough to cut rates, analyst warns

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment