Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Həyatınızda ola biləcək ən təhlükəli insanlar...

    2 days ago

    3

    0

    "Hakimiyyətin 48 qanunu" kitabına əsasən, həyatınızda ola biləcək insanlar arasında ən təhlükəlisi - bədbəxt və uğursuz insanlardır.  HİT.az xəbər verir ki, bu barədə "yourtango.com" portalına istinadən "TikTok" blogeri Soma Çxayya danışıb. "Bu, sənin həyatında ola biləcək sözün əsl mənasında ən təhlükəli insandır. Əgər belə biri həyatındadırsa, münasibəti dərhal kəsməyi tövsiyə edirəm", deyə o bildirib. BloGerin fikrincə, bu cür insanlar yalnız sizin enerjinizi tükəndirəcək və həyatınıza bədbəxtlik gətirəcəklər. O vurğulayıb: “Başqasının bədbəxtliyindən sən də həlak ola bilərsən. Emosional hallar da xəstəliklər kimi yoluxucudur. Elə bilirsən, kiməsə kömək edirsən, əslində isə özünün süqutunda iştirak edirsən”. Çxayya əlavə edib ki, xroniki şəkildə bədbəxt və neqativ düşüncəli insanlar nəinki özlərinə, həm də ətrafdakılara fəlakət gətirirlər. BloGer bildirib ki, bu insanlar adətən başlarına gələnlərə görə məsuliyyət götürmürlər, başqalarının xoşbəxtliyi və uğuru isə onlarda qısqanclıq və narahatlıq yaradır. Bu səbəbdən də başqalarını öz ümidsizliklərinə cəlb etməyə çalışırlar: "Sonda bu hal sənə də keçir. Enerji yoluxucudur və sən yaxşı enerjiyə yoluxmağa can atmalısan, pis enerjiyə yox". Bloger qeyd edib ki, müvəqqəti çətin dövr yaşayan insanla, daim neqativlik və xaos içində yaşayan insanı fərqləndirmək vacibdir. Samir
    Click here to Read more
    Prev Article
    Soçidə Rusiya HHM sistemləri barədə məlumat toplayan Rumıniya vətəndaşı saxlanılıb
    Next Article
    Azər Rəşidoğlu: "Heydər Əliyev Fondundan sağalana qədər dövlətin yanımda olacağını dedilər"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment