Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Hesablama Palatası: Ödənilən sosial sığorta haqları pensiya hesablarına oturmur

    1 week ago

    3

    0

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) auditi zamanı 117 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının vətəndaşların fərdi şəxsi hesablarında əks olunmadığı müəyyən edilib. Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Sənəddə deyilir ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya kapitalı fərdi şəxsi hesabın sığorta və yığım hissəsində toplanan vəsaitlərə əsaslanır. Bu səbəbdən də, ödənilmiş sosial sığorta haqlarının düzgün uçotu və hesabatlılığı gələcək pensiya təminatının maliyyə bazasını formalaşdırır. Audit zamanı müəyyən edilib ki, aidiyyəti dövrlərdə sığortaedənlərin Fondun xəzinə hesablarına ödədiyi 117,4 milyon manat sosial sığorta haqqı, hesabatların təqdim olunmamasına görə sığortaolunanların fərdi şəxsi hesablarında əksini tapmayıb. Bu hal gələcəkdə vətəndaşların pensiya hüquqlarının formalaşmasında sosial sığorta stajının və ya pensiya kapitalının kifayət etməməsinə, hətta bəzi hallarda pensiya hüququndan məhrum olmalarına səbəb ola bilər. Sığorta haqlarının fərdi hesabda əks olunmaması iki dövr üzrə qruplaşdırılıb: – 2006–2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığortaedənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə hesabatın təqdim edilməməsi ilə bağlı olub; – 2017-ci ildən sonra isə əsas problem hesabatların ümumiyyətlə təqdim olunmaması olub. Bu dövrdə formalaşan qalıq məbləğinin artımı müşahidə edilib. 2006–2016-cı illər üzrə qalıqların daha çox sayda sığortaolunanı əhatə etməsi səbəbindən hesablarda əks olunmayan sığorta haqları ilə bağlı fəaliyyət əsasən hüquqi şəxslərlə məhdudlaşıb. Bu təcrübə isə 2017–2023-cü illərdə fiziki şəxslər və torpaq mülkiyyətçilərinin say və məbləğ baxımından xüsusi çəkisinin artmasına səbəb olub. Bildirilib ki, vergi orqanlarından əldə edilən məlumata əsasən, 2023-cü ildə sığortaedənlərin Fond qarşısında borcu artsa da, Fondun sığortaedənlər qarşısında borcunun artım tempi (29,8 %) daha yüksək olub. Fondun borclarının əsas hissəsi dövlət qurumlarına, o cümlədən büdcə təşkilatlarına və iri sığortaedənlərə aiddir. Əvəzində Fonda olan borcların daha böyük hissəsi qeyri-dövlət sektorunun, o cümlədən fiziki şəxslərin payına düşür. Bületenə əsasən, Fond sosial sığorta ödənişləri üzrə artıq ödənişləri və borcları şərti aktiv və şərti öhdəlik kimi qiymətləndirdiyindən, bu göstəricilər illik maliyyə hesabatlarının izahlı qeydlərində əks olunub. ©modern.az
    Click here to Read more
    Prev Article
    TCMB indirim sürecine son verdi: Faiz kararını ekonomistler nasıl yorumladı?
    Next Article
    Dövlət Sosial Müdafiə Fondunda nöqsanlar aşkarlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment