Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

    1 week ago

    3

    0

    Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 03 mart - 30 may tarixlərində Heydər  Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi Kollecləri, Heydər  Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə elektron sənəd qəbulu elan edir. Valyuta.az xəbər verir ki, ilk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir.  Ölkə üzrə əhatəliliyi və fasiləsizliyi təmin edən yeni sistem şəffaflığın, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb. Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən “www.mmu.edu.az” saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən sənəd qəbulu portallarına keçərək müvafiq portaldakı “Qaydalar və sənəd nümunələri” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
    Click here to Read more
    Prev Article
    Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB
    Next Article
    Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment