Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Həmkarımız, ustadımız...

    4 days ago

    3

    0

    Belə bir məsəl var, deyirlər guya yaxşı alim olmaq asandır, yaxşı insan olmaq çətindir. Deyirəm burda müəyyən həqiqət payı var, yaxşı insan olmaq doğrudan da, çətindir. Amma yalnışlıq da var, yəqin məsəlin müəllifi elmdən, alimdən uzaq adam olub. Ətrafımıza diqqətlə baxsaq, yüzlərlə yaxşı insan var, amma yaxşı alimi barmaqla saymaq olar. Deməli, yaxşı alim olmaq daha çətindir. Mənim qəhrəmanım isə, hər iki çətinliyi aşmışdı, həm yaxşı alim, həm də gözəl insandı... Bəli, xatirələr məni yenidən qanadlarına alır, 90-cı illərə - Azərbaycanın “daş dövrü”nə aparır... Mən onda Rusiyada işləyirdim, nar kimi yerə dəyib dağılmış, Rusiyanın çöllərinə, şəhərlərinə dağılmış minlərlə soydaşım kimi bir qismət çörək dalınca getmişdim. Günlərin bir günü dostumuz, həmkarımız Məmməd Nazimoğlu zəng etdi, məni “Xalq Qəzeti”ndə işə dəvət etdi, “qəzetimiz hər gün çıxır, özümüz də hər ay maaş alırıq” dedi. Mən təcili Bakıya gəldim və həmkarımın dəstəyi ilə qəzetdə işə düzəldim. Ramiz Əskər onda “Xalq Qəzeti”ndə 2-ci müavin idi. Onu da qəzetə 1-ci müavin Məmməd Nazimoğlu dəvət etmişdi... Mən Siyasət şöbəsində işləyirdim və siyasi yazılarımı 1-ci müavinə təqdim edirdim. Amma yollarımız Ramiz müəllimlə də tez-tez kəsişidi. Onun MQU-nun jurnalistikasını qurtardığını bilirdim, Məmməd demişdi. Amma sadəliyi, səmiyyəti, öz sahəsini mükəmməl bilməsi məni valeh edirdi. Ramiz Əskər humanitar sahəyə baxırdı, mən də publisistikaya, ədəbiyyata meyilli idim. Doğrudur, mən qəzetə elmdən gəlmişdim, amma dilçi, filoloq deyildim. Ramiz müəllim bunu dərhal – yazılarımı oxuyan kimi hiss etmişdi, üzümə vurmasa da, öz tövsiyəlırini verirdi, yol göstərirdi. Deyirlər öyrənmək heç vaxt gec deyil, mən də öyrənirdim. Ramiz müəllim bunu da hiss edirdi, beləcə isti münasibətlərimiz yaranırdı. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, “Xalq Qəzeti”nin Baş redaktoru Mahal İsmayıloğlu qabiliyyətli olduğu qədər də ziddiyyətli adam idi. Onunla işləmək müxbirlərə asan (mərddi!) olsa da, müavinlərə çox çətin (kobuddu!) idi. Ramiz müəllim də nə qədər sadə və səmimi adam olsa da, o qədər mübariz, özünə hörmət edəndi. Günlərin bir günü Baş redaktorla sözləri çəpləşdi və qəzetdən getdi, hətta dosu və tələbə yoldaşı Məmməd də ona kömək edə bilmədi. Eyni səbəblərdən mən də bir müddətdən sonra qəzetdən getməli oldum və yenidən Rusiyaya üz tutdum. Amma ailə vəziyyətimlə əlaqədar tezliklə Azərbaycana qayıtdım və iş üçün yenidən Məmmədə müraciət etdim. Məmməd Ramiz Əskər “Avrasiyada”dır dedi, onun yanına getməyi məsləhət bildi. “Avrasiya”da bir nağıldı, nə yaxşı ki, itdi, batdı, dağıldı. Mən bundan əvvəl Ramiz Əskərin qəbuluna getdim. Müəllim məni “Xalq Qəzeti”ndə olduğu kimi səmimi və mehriban qarçılad. Amma “Avrasiya”da işləməyi məsləhət bilmədi. Dedi “mən ğzüm də burdan gedəcəyəm, təklif gözləyirəm”. Təəccüblə baxdığımı görüb qısa izahat verdi: “Bizim “Avrasiya” analoqu olmayan bir layihədir. Deməli, Baş redaktor (İrfan Sapmaz – Q.A) ilin əvvəlində kollektivi yığır, qəzeti buraxır, amma 6 ayda cəmi bir-iki dəfə maaş verir. İlin axırına kollektiv dağılır, qəzet bağlanır. Sonra hər şey təzədən başlanır. Axı, biz ailəli adamıq, uşaq saxlamalıyıq...” Bəli, Ramiz müəllim əsl ziyalı idi, hər şeyi olduğu kimi deyirdi... Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Qərbi Azərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində, müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.1978 – 1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983 – 1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984 – 1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991 – 1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1994 – 1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993 – 1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir. Ramiz Əskərin xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Ramiz müəllim 13 yanvar 2014-cü ildə, 60 illiyi münasibətilə Şöhrət ordeni ilə mükafatlandırılmışdır. 15 yanvar 2024-cü ildə “Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə” 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni almışdır. Taleyimiz elə gətirdi ki, biz Ramiz müəllimlə 25 ildən sonra yenidən görüşdük, yaxınlaşdıq, dostlaşdıq. Jurnalist şəhərciyində eyni binadan, eyni blokdan ev aldıq, qonşu olduq. Bəli, adamı yaxşı tanımaq üçün ya dost, ya da qonşu olmalısan. 2010-ların mənim üçün məşum sonları idi. Oğlum avtomobil qəzasına düşmüşdü, ailəliklə məhkəmələrdə, türmələrdə qalmışdıq... Dərddən başımda bir qara tük qalmamışdı, uşaq kimi kövrəkdim, göydə uçan quşdan kömək gözləyirdim, söz soruşanda, gözlərim yaşarırdı. Ramiz müəllim hər dəfə məni görəndə üstümə qaçırdı, oğlumu soruşurdu, maraqlanırdı. Elə bil, dünyanı mənə verirdilər - dərd də bölüçədə dağılır, deyirlər... Sağ olsun, oğlumun Universitetin Jurnalistika fakultəsinə bərpa olunmağına da (dərs buraxdığına görə xaric etmişdilər) kömək etdi, mənimlə dekanın, rektorun yanına kimi getdi... Ramiz müəllim özündən, şəxsi həyatından, uğurlarından danışmağı sevmirdi. Amma müsahibələrinin birində demişdi: “Atam həkim olmağımı istəyirdi, amma mən istəmədim. Bizim ailədə jurnalist çoxdur, mən də jurnalist olmaq istəyirdim. Atam jurnalist, iki əmim jurnalist, mən də jurnalistəm, qardaşım və qızım da jurnalistdir. Bizim ailəlik jurnalist stajımız yəqin 200 ildən çox olar. Atam, əmilərim filoloq idilər, jurnalistikanı bitirməmişdilər. Atam da, əmim də rayon qəzetinin redaktoru olub. O vaxtlar Amasiyada Azərbaycan və erməni dillərində “Əmək” qəzeti çıxırdı. Sonra atam və əmim “Sovet Ermənistanı” qəzetində də uzun müddət işləyiblər”. (“Baki – Xəbər”. 19.01.2024) Və son olaraq. Hər kişi bir dəfə ölür, bu da bir qapıdır, hamı keçir, hamı gedir. Amma Ramiz müəllim bizim kisəmizdən getdi – dərdimizi bölüşmıyə, məsləhət istəməyə bir ağsaqqalımız var idi. 2024-ün həmin may günlərində Azərbaycanın bir çox tanınmış alimi, adlı qələm sahibi bizim həyətdə idi, həmkarımızı, ağsaqqalımızı, ustadımızı son mənzilə yola salırdı. Deyirəm, bizim Jurnalistlər şəhərciyi çox izdihamlar görmüşdü, amma beləsini bir də görməsin... Allah Ramiz müəllimə rəhmət eləsin... Qalib ARİF visiontv.az
    Click here to Read more
    Prev Article
    AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB
    Next Article
    Doktor Cəmşidinin ailəsindən böyük jest

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment