Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    HƏMAS Qəzza üzərindəki idarəçiliyi təhvil verməyə hazır olduğunu bəyan edib

    1 day ago

    3

    0

    "Al Hadath” telekanalı bildirib ki, bu barədə məlumat HƏMAS-ın silahlı qanadı tərəfindən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman vasitəsilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa çatdırılıb. Bildirilib ki, HƏMAS eyni zamanda İsraillə uzunmüddətli atəşkəsə və müharibənin sonlanmasını nəzərdə tutan razılaşma çərçivəsində bütün əsirlərin azad olunmasına da razılıq verib. İsrailin 2024 - cü ildə ardıcıl həyata keçirdiyi əməliyyatlar, Həmas liderləri İsmayıl Xaniyə və Yəhya Sinvarın öldürülməsi təşkilatı olduqca zəiflədib. Hazırda Həmasın əsas hədəfi silah yerə qoymaq, əvəzində legitim siyasi təşkilata çevrilərək Fələstin Muxtariyyətinin idarə edilməsində iştirak etməkdir. Bu ABŞ, İsrail, Misir, İordaniya, Qətər və Türkiyə kimi Fələstin məsələsində maraqlı ölkələrin ortaq razılaşması ilə həll ediləcək məsələdir. Ancaq əsas sual Qəzzanın idarəsinin Həmasdan sonra kimdə olacağı ilə bağlıdır. Həmas idarəetmənin Ramallahda yerləşən və Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinə verilməsini dəstəkləyir. Ərəb ölkələri də məhz bu variantdan yanadır. Ancaq İsrail tərəfi və Tramp admistirasiyası bu varianta çox da isti baxmırlar. Onların əsaslandırmasına görə, Ramallahdakı hökumət Qəzzaya nəzarət edəcək gücdə deyil. Belə olan halda Qəzzaya Misirin idarəçiliyinin bərpa edilməsi variantı da aktualdır. Vaşinqton bunu bir yolla qəbul edir ki, Qəzzadakı 2 milyona yaxın fələstinli Misirə köçürülsün və onlara vətəndaşlıq verilsin. Ancaq Qahirə ABŞ tərəfindən Qəzzanın bərpası üçün yardım ayrılması və evini itirən insanlara yeni mənzillər tikilməsini təklif edir. Bu variantında qəbul ediləcəyi ehtimalı zəifdir. Maraqlıdır ki, Qəzzaya nəzarət məsələsində ABŞ və İsrailin mövqelərində də haçalanma var. Tramp admistirasiyası BMT mandatı altında Qəzzanın onun nəzarətinə verilməsi, insanların köçürülməsi və burda yeni yaşayış məskənlərinin salınmasını istəyir. Benyamin Netanyahu hökuməti isə Qəzzanın birbaşa İsrail idarəçiliyinə verilməsini tələb edir. İsrail hökuməti bildirir ki, daimi sülhün əldə edilməsi üçün ən doğru variant budur. Ancaq bu beynalxalq birliyin ciddi etirazını doğura bilər. Həmasın çəkilməsi bir problemin bitməsi, daha bir problemin meydana gəlməsi deməkdir. Bununla belə Qəzzada idarəetmədən daha ciddi sayılacaq problemlər atəşkəsin əldə edilməsi, humanitar böhranının aradan qaldırması və əsirlərin azad edilməsidir. Bunlar öz həllini tapmadan Qəzzada insanlıq dramı yaşayanmaqda davam edəcək. Politoloq Zeynal Əmrəliyev visiontv.az
    Click here to Read more
    Prev Article
    ABŞ Venesuelalı immiqrantları deportasiya edir
    Next Article
    Qaribaşvili “Gürcü Arzusu”nun sədrliyindən gedib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment