Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Hələ də koronavirus əleyhinə peyvənd vurdurmaq olar? - AÇIQLAMA

    1 week ago

    2

    0

    Artıq demək olar ki, koronavirus təhlükəsi geridə qalıb.  Lakin hələ də bu virusa yoluxmaqdan qorxan insanlar var. Hətta gedib koronavirus əleyhinə peyvənd vurduran şəxslərə də rast gəlirik. Hərçənd ki, çox uzun müddətdir belə bir tələb və ya tövsiyə yoxdur. Belə insanların sayı olduqca az olsa da, onların indiki zamanda peyvənd vurdurması da birmənalı qarşılanmır.  Ümumiyyətlə, indiki zamanda koronavirus peyvəndləri vurdurmağa yenə də ehtiyac var? Koronavirus təhlükəsinin olmadığı bir zamanda peyvənd vurdurmağın hansısa əks təsirləri ola bilər?  Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, artıq koronavirusla bağlı problem yoxdur: "Koronavirus bitib və dünya əhalisində kollektiv immunitet formalaşıb. Lakin bu virus tamamilə yoxa çıxmayıb, hələ də mövcuddur. Düzdür, bəzi xəstəliklərə də səbəb ola bilir. Əslində, zaman-zaman baş verən qrip alovlanmalarının içində koronavirus da olur.  Lakin artıq daha formada yüngül keçir və qripdən fərqlənmir. Sadəcə analiz verdikdə bunun koronavirus olduğunu bilmək olur. Ancaq yüngül keçdiyi üçün həmin analizə də ehtiyac yoxdur".  Həkim qeyd edib ki, koronavirus olmasa da, peyvənd vurdurmağın hansısa əks təsiri yoxdur: "Amma buna baxmayaraq, risk qrupuna daxil olan şəxslərin peyvənd vurdurması tövsiyə olunmur. Buraya 65 yaşdan yuxarı şəxslər, immun sistemi zəif olan, onkoloji problemləri olan, kimyoterapiya müalicəsi alan, steroid preparatlar qəbul edən və orqan köçürülən insanlar üçün hələ də koronavirus təhlükəli ola bilər. Ona görə də belə şəxslərin payız-qış dönəmində koronavirusa qarşı peyvənd olunması tövsiyə olunur. Digər əhali qrupunun isə peyvənd olunmasına ehtiyac yoxdur. Ümumi olaraq peyvənd vurdurmağın hansısa ziyanı və ya əks təsiri mövcud deyil".  Pərviz
    Click here to Read more
    Prev Article
    Külli miqdarda vergi borcu olan şirkət müflis oldu, bağlanır
    Next Article
    Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün böyük önəm daşıyır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment