Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Həbs qətimkan tədbiri nədir və onun cəza ilə fərqi nədən ibarətdir?

    7 hours ago

    1

    0

    "Bəzi şəxslər istintaq zamanı seçilən həbs qətimkan tədbiri ilə cəzanı fərqləndirə bilmir. Yəni, cinayətin törədilməsi zamanı həbs olunan şəxsin cəzalandırıldığını, onun barəsində məhkəmə qaydasında cəza verildiyini zənn edirlər. Lakin, bu, belə deyil. Qanunvericilikdə bir şəxsin həbs olunması onun hələ təqsirləndirilməsi və ya cəzalandırılması demək deyil”. Bunu vəkil Vamiq Şükürov deyib. Onun sözlərinə görə, qətimkan tədbiri qismində həbs məhkəmə tərəfindən seçilir və şəxsin törətdiyi cinayətin araşdırılması üçün müvəqqəti olaraq cəmiyyətdən təcrid edilərək həbs yerlərində saxlanılması deməkdir. Vəkil bildirib ki, bu zaman məhkəmə tərəfindən müəyyən müddətə həbslər seçilir. "Həbs məhkəmə tərəfindən o zaman seçilir ki, şəxs yenidən cinayət törədə, cinayətin araşdırılması zamanı istintaqdan yayına və yaxud istintaqın gedişinə mane olaraq şahidlərə təsir edə, sübutları saxtalaşdıra bilər". "Cəza isə şəxsin cinayətinin məhkəmədə sübut olunmasından sonra onun hakim tərəfindən təqsirli hesab olunması və onun barəsində müəyyən mərhumiyyətlərin seçilməsi və ya hüquq və azadlıqlarının məhdudlaşdırılmasının xüsusi qaydasıdır", - deyə Vamiq Şükürov əlavə edib. O bildirib ki, bu zaman şəxsə məsələn, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası, cərimə, islah işləri və digər cəza növləri verilə bilər. ©e-hüquq.az
    Click here to Read more
    Prev Article
    Bu 6 tətbiq kartınızdakı pulları çəkir: Dərhal silin! - XƏBƏRDARLIQ
    Next Article
    Murad İsmayılov departament direktoru təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment