Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Harvard 1 milyard dollarlıq aktivini satmaq istəyir - “Bloomberg”

    3 days ago

    3

    0

    Tramp administrasiyası milyardlarla dollar maliyyələşdirməni blokladığı üçün Harvard Universiteti 1 milyard dollarlıq aktivini satmaq üçün danışıqlar aparır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, söhbət təhsil müəssisəsinin şəxsi fondunun səhm portfelindən gedir. Harvard Universiteti “Lexington Partners” investisiya firmasına səhmləri köçürmək üçün “Jefferies Financial Group” ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb və dəyişdirilə bilər. Universitet 2024-cü ildə, hətta Trampın andiçmə mərasimindən əvvəl portfeli satmaq üçün səylərə başlayıb. Qeyd edək ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Nazirliyi Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Xatırladaq ki, bundan əvvəl Amerika administrasiyası yəhudi tələbələri antisemitizmdən qorumağı əsas gətirərək, məktəbin siyasətində dəyişiklik edilməsini tələb edib. “The New York Times” qəzetinin yazdığına görə, Harvard Ağ Evlə əməkdaşlıq etməyə çalışıb, lakin sonradan tələblər siyahısına antisemitizmlə heç bir əlaqəsi olmayan maddələr daxil edilməklə genişlənib. Harvard Universitetinin prezidenti Alan Qarber onlara tabe olmaqdan imtina edib. ©yeniavaz
    Click here to Read more
    Prev Article
    Bank hesablarının açılması qaydalarında dəyişiklik edildi
    Next Article
    İspanya La Liga'da küme düşen ilk takım belli oldu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment