Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Harri və Markl uşaqları ilə birlikdə Britaniyaya qayıtmaq istəyir

    2 days ago

    3

    0

    Şahzadə Harri və Meqan Markl uşaqları ilə birlikdə Böyük Britaniyaya uçmaq istəyirlər.  HİT.az xəbər verir ki, bu barədə “Life&Style” cütlüyə yaxın olan insayderə istinadən məlumat yayıb. "Harri hələ də övladlarının Böyük Britaniyaya səyahət edə bilməsi üçün təhlükəsizlik məsələlərini həll etməyə çalışır. O və Meqan həqiqətən vətəndə bir müddət vaxt keçirmək istəyirlər", deyə mənbə nəşrə bildirib. İnsayder qeyd edib ki, cütlük "kral ailəsinin sərt həyat tərzi" üçün darıxmır, lakin qohumları və Britaniya ilə sıx əlaqələrin olmamasından təəssüflənirlər. Mənbə əlavə edib ki, şahzadə Harri və Meqan Markl yavaş-yavaş, lakin əminliklə ailələrinə qovuşmaq üçün çalışırlar. "Keyt Middleton barışmağa hazırdır, lakin Harri ilə inam problemi olduğu üçün Uilyam hələlik geri çəkilir. Uilyam hələ də qardaşının motivlərinə şübhə edir. Kraliça Kamilla da barışığa hazır deyil", deyə mənbə yekunlaşdırıb. Samir  
    Click here to Read more
    Prev Article
    "İnterkabel" şirkətinə 2,6 milyonluq sifariş
    Next Article
    Polşanın müdafiə sənayesi məhsullarının illik ixrac həcmi 500 milyon dolları ötüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment