Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Haqqında Prezidentə məlumat verilən gənc danışdı: “Çox həyəcanlandım”

    8 hours ago

    1

    0

    Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb Valyuta.az xəbər verir ki, Modern.az həmin gənclə - Tağı Məmmədovla həmsöhbət olub. O bildirib ki, Quba rayonunda anadan olub və ilk təhsilini də elə Qubada alıb: “Daha sonra təhsilimi Xəzər Universitetində marketinq ixtisası üzrə davam etdirmişəm. Ardınca isə Pekin Texnologiya Universitetində 2 il biznesin idarə edilməsi üzrə təhsil almışam. Hazırda Jianqsu Universitetində idarəetmə elmi üzrə fəlsəfə doktorluğu oxuyuram. Mənim Çinlə bağlı hekayəm 6 il qabaq yay məktəbi ilə başlamışdı. Mən Çində olarkən yenidən ora qayıdacağıma söz vermişdim. Çünki oradakı inkişafı gördüm və düşündüm ki, karyeramı Çində qura bilərəm və nəticədə öz ölkəmə də faydam dəyər, öyrəndiklərimi Azərbaycanda istifadə edərəm. Mən hazırda doktoranturanın birinci kursundayam. 2028-ci ildə doktorantura təhsilimi bitirəcəm. Ondan sonra Azərbaycan və Çin arasında körpü rolunu oynamaq istəyirəm. Buraya Azərbaycan və Çin arasında güclü, mədəni işlər görmək daxildir”. Müsahibimiz bildirib ki, ölkələrimiz arasında çox da böyük fərq yoxdur: “Ən böyük fərqlərdən biri deyərdim ki, mətbəxlərimizdir. Amma bir müddət sonra istər-istəməz yeməklərə də öyrəşmək olur. Mən evdə Azərbaycan yeməklərini bişirməyi çox sevirəm. Bunu deyə bilərəm ki, yeməklərimizi  bişrməyi Çinə gəldikdən sonra öyrənmişəm. Burada elə olur ki, dolma, aş və digər xörəklərimiz hazırlayırıq”. T.Məmmədov deyib ki, Prezident İlham Əliyevdən müsahibə alan xanım Liu Xini bir neçə ay əvvəlcədən tanıyır: “Mən də onunla söhbət etmək şansı əldə etmişdim. Söhbətləşərkən Azərbaycan haqqında məlumat mübadiləsi etmişdik. Daha sonra mən Liu Xinin cənab Prezidentlə müsahibəsini gördüm. Bu təbii ki, mənə maraqlı gəldi. Çünki mənim onunla birbaşa əlaqəm olub. Mən canlı yayımı izləmək qərarına gəldim. Yayımı izləyərkən birdən-birə o bildirdi ki, “Bir kəmər, bir yol” layihəsi ilə Çinə gələn azərbaycanlı bir gənc tanıyır. O mənim hazırda fəlsəfə doktoru pilləsi üzrə təhsil aldığımı da qeyd etdi. Bu məni şok etdi, mən belə bir şey gözləmirdim. Həmin anda çox həyəcanlandım, sevindim və qürur hissi duydum. Çünki mənim haqqımda cənab Prezident İlham Əliyevə məlumat verilmişdi. Düşünürəm ki, Prezidentimiz də qürurlanaraq düşünüb ki, gənclərimiz Çində də uğur qazanmaq üçün addım atırlar”.
    Click here to Read more
    Prev Article
    “PAŞA Bank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozub - Məcburi sərəncam verildi
    Next Article
    Bakan Bolat, müteahhitlik firmalarıyla birlikte Libya'ya gidecek

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment