Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Hamı "rəhbər" olacaq: "Microsoft" süni intellektlə gələcək barədə proqnoz verdi

    14 hours ago

    1

    0

    "Microsoft" şirkəti hesab edir ki, gələcəkdə süni intellektin inkişafı sayəsində hamımız rəhbərə çevriləcəyik. Proqram təminatı nəhəngi "sərhəd firmaları" adlı yeni biznes modelinin formalaşacağını proqnozlaşdırır.  Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu modellərdə insanlar müxtəlif tapşırıqları yerinə yetirən süni intellekt agentlərini idarə edəcəklər. "Süni intellektə əsaslanan agentlər iş qüvvəsinə daha çox daxil olduqca, biz "rəhbər-agentlərin" - onları yaradan, tapşırıqları verən və idarə edən insanların meydana çıxmasını görəcəyik. İnsanlar startapın baş direktoru kimi düşünməyi bacarmalı olacaqlar", deyə "Microsoft"un icraçı direktoru Cared Spataro öz bloqunda qeyd edib. ChatGPT-nin yaradıcısı "OpenAI" ilə ən böyük tərəfdaşlardan biri olan "Microsoft" hesab edir ki, növbəti beş il ərzində liderliyə can atan bütün təşkilatlar yeni biznes modelinə keçəcək. Şirkətin proqnozuna görə, həmin dövrdə süni intellekt agentləri "bugünkülərdən əhəmiyyətli dərəcədə fərqli" olacaq. Onlar "tələb üzrə zəka" konsepsiyası əsasında yaradılacaq və daha funksional, daha müstəqil fəaliyyət göstərəcəklər. Şirkət bildirir ki, Al rəhbərlərinin yaranması üç mərhələdə baş verəcək: əvvəlcə hər bir əməkdaşın şəxsi süni intellekt köməkçisi olacaq, sonra bu agentlər "rəqəmsal həmkarlar" kimi komandalara qoşulacaq və konkret tapşırıqları yerinə yetirəcəklər. Sonda isə insanlar mürəkkəb prosesləri onlara həvalə edib yalnız lazım gəldikdə nəzarət edəcəklər. Məsələn, "Microsoft" təchizat zəncirində çalışan əməkdaşların rolunu nümunə gətirərək bildirib ki, gələcəkdə süni intellekt agentləri bütün logistik prosesi idarə edəcək, insanlar isə sistemi və təchizatçılarla münasibətləri nəzarətdə saxlayacaqlar. Şirkətin proqnozlarına görə, süni intellekt əmək bazarı üçün böyük bir təhlükə yaratmayacaq. Əksinə, süni intellekt əməkdaşları gündəlik rutin işlərdən azad edəcək və məhsuldarlığın - iqtisadi effektivliyin əsas göstəricisinin - artırılmasına kömək edəcək.
    Click here to Read more
    Prev Article
    Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?
    Next Article
    Rıdvan Dilmen'den Fenerbahçeli futbolcuya övgü! 'En büyük transfer o olacak'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment