Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Güzəştli şərtlərlə yaşa görə müavinət necə ödənilir?

    1 week ago

    4

    0

    “Əmək pensiyaları” haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.  Valyuta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu dəyişikliklər ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib. "Bu dəyişiklik ilə əlaqədar bizə ünvanlanan suallardan bir qismi yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin ödənilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir". Deputat qeyd edib ki, "Sosial müavinətlər haqqında" qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur: "Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni, əgər bu kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə, o zaman 59, kişiyə şamil olunursa o halda 60 yaşında müavinəti ala bilər. Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.  Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir".
    Click here to Read more
    Prev Article
    2026 Hyundai Palisade, Göz Kamaştıran Tasarımıyla Tanıtıldı: V6 ve Hibrit Motorla Geliyor!
    Next Article
    Hansı bank faizlərdən daha çox qazanıb? - RENKİNQ 2025

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment