Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Gürzə ilanlarının zəhəri təkamülün sirrlərini açdı

    3 days ago

    3

    0

    Cənubi Florida Universitetinin alimləri gürzə ilanlarının zəhərini araşdıraraq, canlı orqanizmlərin təkamülündə gözlənilməz qanunauyğunluqlar aşkar ediblər. Nəticələr göstərib ki, izolə olunmuş mühitlərdə bəzi ilan növləri daha kompleks deyil, əksinə daha sadə və ixtisaslaşmış zəhərlər inkişaf etdirir. Bu isə uzun müddət qəbul edilən təkamül nəzəriyyələrinə yeni baxış gətirir. HİT.az xəbər verir ki, araşdırma "Evolution" jurnalında dərc olunub Tədqiqatın rəhbəri dosent Mark Marqres və aspirant Semyuel Hirst, Kaliforniya körfəzində yerləşən 11 insan yaşamayan adada 83 ilandan zəhər nümunələri toplayıblar. Məqsəd bu zəhərlərin tərkibi ilə həmin ilanların qidalanma vərdişləri və yaşayış mühitləri arasındakı əlaqəni müəyyən etmək olub. Hirst bu barədə belə deyib: "Biz daha böyük adalarda növ müxtəlifliyinin yüksək olacağını və buna uyğun olaraq, ilan zəhərlərinin də daha mürəkkəb olacağını gözləyirdik. Lakin nəticələr əksini göstərdi". Alimlər bu qənaətə gəliblər ki, mühitdə rəqabət səviyyəsinin yüksək olması və ekoloji ixtisaslaşma, təkamül baxımından daha hədəfyönlü və effektiv zəhərlərin inkişafına səbəb olur. Bu isə ənənəvi düşüncəyə – yəni bioçeşidliliyin kompleks uyğunlaşmaları artırdığı fikrinə ziddir. Tədqiqat göstərib ki, bəzi hallarda canlılar daha sadə, lakin daha məqsədəuyğun uyğunlaşmalara doğru təkamül edə bilər. Bu nəticələr izolasiya və bioçeşidlilikdəki dəyişikliklərin molekulyar səviyyədə orqanizmlərə təsirini daha dərindən anlamağa kömək edir. Zəhər isə bu baxımdan ideal göstərici hesab olunur, çünki o, birbaşa sağ qalma ilə bağlıdır. Tədqiqat həm də praktiki əhəmiyyət daşıyır. Alimlər hazırda Meksikada istifadə olunan əleyhinə zərdabların adalarda tapılan unikal zəhərlərə qarşı effektivliyini yoxlayırlar. Bu, gələcəkdə baş verə biləcək ilan sancmalarında insanların təhlükəsizliyini təmin etmək baxımından vacib olacaq. Mark Marqres əlavə edib: "Bizim nəticələr yalnız ilanları anlamaq üçün deyil, həm də Yer üzündə həyatın izolasiya və bioçeşidlilik itkisi ilə qarşılaşdıqda necə dəyişdiyini anlamaq baxımından çox önəmlidir". Samir  
    Click here to Read more
    Prev Article
    Təyyarə qəzası zamanı qazax və Azərbaycan xalqlarının birliyi daha geniş üzə çıxdı
    Next Article
    İstanbulun qərbində zəlzələ davam edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment