Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir

    1 week ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib. Gürcüstan Prezidenti deyib ki, prezident seçildikdən sonra ilk rəsmi səfəridir və bu, ölkələr arasında strateji münasibətlərdən xəbər verir: “Cənubi Qafqaz regionunda çağırışlar, dünyada gedən proseslər haqqında da fikirlərimizi bölüşdük. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün zəmin var. Dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini başa düşürük. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir”. Mixeil Kavelaşvili qeyd edib ki, hər iki xalq dəyərlərinin qorunması uğrunda mübarizədə bir yerdədirlər: “İnanıram ki, strateji tərəfdaşlıq və mehribanlıq qonşuluq münasibətlərimiz daha da güclənəcək, yeni mərhələyə keçəcək”.
    Click here to Read more
    Prev Article
    Azərbaycan və Gürcüstan ikili standartların hədəfinə çevrilib
    Next Article
    "Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment