Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Gündə 5 yerkökü yeyən qadının dərisi narıncı rəngə çevirildi

    1 week ago

    5

    0

    Britaniyada yaşayan bir qadın yerkökünə olan sevgisi səbəbindən dərisinin rəngi narıncıya çalmağa başlayıb. HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər veror.  Qadının sözlərinə görə, çəkdirdiyi bir fotoda dərisinin narıncı ton aldığını görüb təşvişə düşüb və bu halı sarılıq xəstəliyi ilə əlaqələndirib. İnternetdə apardığı araşdırmadan sonra isə özünə "karotinemya" diaqnozunu qoyub - bu, yerkökünün tərkibində olan piqmentin (beta-karotin) qanda yığılması ilə bağlı vəziyyətdir. Hadisədən sonra qadın yerkökü istehlakını əhəmiyyətli dərəcədə azaldıb - gündəlik beş orta ölçülü yerköküdən bir porsiyaya enib. "Əslində, çox yerkökü yemişəm. Adətən naharda kəsmiklə birlikdə bol miqdarda yerkökü yeyirdim. Çünki həm dadını sevirəm, həm də ucuzdur", deyə qadın etiraf edib. Həkimlərin bildirdiyinə görə, yerkökü, eləcə də manqo, ərik və balqabaq kimi meyvə və tərəvəzlər tərkibində "beta-karotin" adlı təbii piqment daşıyır. Bu maddə onlara xarakterik rəng verir. Uzun müddət bu piqmentin yüksək miqdarda qəbulu dəridə sarımtıl-narıncı rəng dəyişikliyinə səbəb ola bilər. Lakin bu hal orqanizm üçün zərərli sayılmır. Samir
    Click here to Read more
    Prev Article
    Turistlərdən uzaq, ideal istirahət üçün yunan adası...
    Next Article
    “Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment