Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ

    1 week ago

    2

    0

    Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində Bakıda 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir. "Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.
    Click here to Read more
    Prev Article
    Pasxa çıxsın, hava düzələcək?
    Next Article
    Psixoloq: "Tez varlanmaq istəyi dələduzların ən çox hədəf aldığı zəiflikdir"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment