Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Göründüyündən daha bahalı təsir bağışlayan 9 avtomobil - SİYAHI

    5 days ago

    4

    0

    Bəzi avtomobillər real dəyərlərinə nisbətən daha bahalı və təmtəraqlı görünüşə malikdir. Bu modellər, xüsusilə də orta təbəqədən olan sürücülər tərəfindən daha uğurlu görünmək məqsədilə seçilir. HİT.az bu barədə "DMNews"a istinadən xəbər verir. Ekspertlər bildirir ki, bu avtomobillər bir çox insanda yüksək təəssürat yaradır, lakin onların qiymətləri gözləniləndən daha münasibdir. Göründüyündən baha görünən TOP 9 avtomobil: 1. "BMW 3 Series" 2. "Mercedes-Benz C-Class" 3. "Tesla Model 3" 4. "Lexus IS" 5. "Cadillac ATS" 6. "Infiniti Q50" 7. "Audi A4" 8. "Range Rover Evoque" 9. "Dodge Charger SXT" Reytinqə liderlik edən "BMW 3 Series" modeli istifadədə olan variantlarla çox daha əlçatan qiymətə təklif olunur. Lakin onun xarici görünüşü və dizaynı çox vaxt bu modelin daha bahalı avtomobillərlə qarışdırılmasına səbəb olur. Ekspertlər qeyd edir ki, bu model ABŞ-da giriş səviyyəli premium avtomobillər arasında ən populyar olanlardan biridir. İdman üslublu idarəetmə və cəlbedici dizayn onu alıcılar üçün cazibədar edir. Lakin "BMW 3 Series" modelinin əsas mənfi cəhəti onun yüksək texniki xidmət və təmir xərcləridir. Bu səbəbdən, məhdud büdcəsi olan sürücülərə bu avtomobili almaq tövsiyə edilmir. Samir
    Click here to Read more
    Prev Article
    İran Təhsil Nazirliyi polisə qız şagirdlərin məcburi hicab qaydalarına nəzarət etmək icazəsi verib
    Next Article
    Azərbaycan-Çin münasibətləri: Daha da inkişaf edəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment