Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Google" illərlə medianı boğdu - Ekspertdən sərt ittiham, qərarı alqışladı

    1 week ago

    3

    0

    ABŞ-ın Virciniya ştatındakı federal məhkəmə “Alphabet” şirkətinə məxsus “Google”un rəqəmsal reklam texnologiyasında iki əsas bazarda qanunsuz inhisar yaratdığını müəyyən edib.  Valyuta.az xəbər verir ki, bu vəziyyət texnologiya nəhəngi üçün ciddi hüquqi nəticələr doğura bilər. Belə ki, məhkəmənin qərarı “Google”un rəqabəti bərpa etmək üçün müəyyən bölmələrini satması ilə nəticələnə biləcək yeni bir prosesin başlanmasına şərait yaradır. Məlumata görə, hakim Leonie Brinkema bildirib ki, “Google”un rəqabəti məhdudlaşdıran fəaliyyəti həm reklam verən müştərilərə, həm də ümumilikdə istifadəçilərə ciddi ziyan vurub. Analitiklərə görə, ABŞ Ədliyyə Nazirliyi “Google”un yalnız reklam şəbəkəsini deyil, həmçinin Chrome və Android kimi digər sahələrini də ayırmaq niyyətində ola bilər. Belə bir addımın səhmdar dəyərini artıra biləcəyi düşünülür. Eyni zamanda sərmayə menecerləri isə xəbərdarlıq edirlər ki, bu qərar “Google”un uzunmüddətli mənfəət göstəricilərinə və böyümə potensialına təzyiq yarada bilər. Həmçinin bu situasiya texnologiya sektorunda daha sərt tənzimləmə dövrünün başlandığına işarə edir. Vəziyyətlə bağlı "Tech Oversight Project" təşkilatının icraçı direktoru Sacha Haworth isə qərarı ABŞ ictimaiyyəti üçün mühüm qələbə adlandırıb: "Google" uzun illərdir reklam bazarındakı nəzarətsiz inhisarı ilə medianı boğub və hər onlayn alış-verişdə vasitəçi vergisi tətbiq edib. Bu qərar qiymətləri aşağı sala, rəqabəti artıra və interneti hamı üçün daha yaxşı edə bilər." Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bu QSC-nin 1,7 milyon manat vergi borcu var
    Next Article
    300 bal toplayan Bakı məktəblilərinin - SİYAHISI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment