Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

    1 day ago

    2

    0

    ABŞ-da "Google"a qarşı açılmış antitrest (antiinhisar) məhkəməsində ortaya çıxan yeni məlumatlar, şirkətin süni intellekt tətbiqi olan "Gemini"ni istifadəçilərə qəbul etdirmək üçün "Samsung"a böyük məbləğlərdə ödəniş etdiyini təsdiqləyib. Valyuta.az-ın məlumatına görə, "Google"ın Platformalar və Cihaz Tərəfdaşlıqları üzrə vitse-prezidenti Piter Fitscerald federal məhkəmədə verdiyi ifadəsində bildirib ki, bu ödənişlər yanvar ayında başlayıb və şirkətlə "Samsung" arasında azı iki il müddətinə qüvvədə olacaq müqavilə imzalanıb. O, həmçinin qeyd edib ki, "Google", "Samsung"a sabit aylıq ödənişlərlə yanaşı, "Gemini" tətbiqindən əldə olunan reklam gəlirindən də pay verir. Həmin ödənişlərin konkret məbləği açıqlanmasa da, ABŞ Ədliyyə Nazirliyinin vəkili Devid Dahlkist bu rəqəmləri "çılğın məbləğ" adlandırıb. Bu məhkəmə prosesi "Google"ın axtarış mühərriki bazarında inhisar yaratdığı iddiaları ilə başlanıb. Şirkətin "Apple", "Samsung" və digər cihaz istehsalçılarına axtarış mühərrikini varsayılan seçim etmək üçün milyonlarla dollar ödədiyinə dair ifadələr məhkəmənin əsas sübutlarından biridir. İstifadəçilərin alternativ axtarış mühərriklərini seçmək imkanının olduqca məhdudlaşdırıldığı iddia olunur. Texnologiya şirkətləri, yüksək büdcəli razılaşmalarla "Google"ı əsas seçim halına gətirir. Fərqli axtarış mühərrikindən istifadə etmək istəyənlər isə mürəkkəb parametrlər menyusunda seçimlərini dəyişməyə məcbur qalırlar. ABŞ Ədliyyə Nazirliyi, "Google"ın yüksək məbləğdə cərimələnməsini və inhisar mövqeyini zəiflətmək üçün bəzi törəmə şirkətlərinin satılmasını tələb edir. Məlumata görə, bu tələbə "Google"ın ABŞ-da keçiriləcək prezident seçkiləri prosesində Donald Trampa qarşı fəaliyyət göstərdiyi iddiaları da təsir edib. Lakin bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır — bu, texnologiya nəhənglərinin tənzimlənməsi yönündə atılan hüquqi addımlardırmı, yoxsa siyasi qarşıdurmanın bir hissəsidir? Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    ChatGPT'nin Ücretsiz Sürümüne Yakında Reklamlar Eklenebilir (Her Şeyin Bir Bedeli Var Demişler...)
    Next Article
    Trabzonspor: "Bu başarı, altyapı projesinin meyvesi"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment